Ermənistanın aviaşirkəti İrana uçuşları dayandırıb - təhlükəsizliyə görə

Ermənistanın "Armenia Airways” aviaşirkəti Yerevan-Tehran reysi ilə uçuşları dayandırıb.
Qeyd edilir ki, bu, təhlükəsizlik məsələləri ilə bağlıdır.
"Məlumatlandırırıq ki, "Armenia Airways” aviaşirkətinin yanvarın 12-də planlaşdırılmış Yerevan - Tehran-Yerevan AMW111/112 reysi təhlükəsizliklə bağlı ləğv olunur", - xəbərdə deyilir.
Həmçinin qeyd olunur ki, reysin sərnişinləri şirkətin baş ofisinə və ya satış üzrə agentlərə müraciət edərək biletləri başqa vaxta dəyişə bilərlər. "Narahatlığa görə üzr istəyirik, amma biz ilk növbədə sərnişinlərimizin təhlükəsizliyi təmin edirik", - şirkətdən bildirilib.
www.anews.az
























