Almaniyada 2 ABŞ əsgərinin cəsədi tapılıb

Almaniyada yerləşən "Spangdahlem" aviabazasında 2 amerika əsgərinin cəsədi tapılıb,bu barədə ТASS DPA agentliyinə istinadən xəbər verir.
Verilən məlumata görə, 20 yaşlı əsgərlərin cəsədi əsgər yataqxanasında tapılıb. Amerika əsgərlərinin həlak olma səbəbi məlum deyil, araşdırma aparılır.
52-ci qırıcı aviaeskadriliyanın komandiri Devid Epperson həlak olanların ailələrinə baş sağlığı verib.
"Spangdahlem" aviabazasında 4 min əsgər xidmət edir.
Tərcümə: Fərid Məmmədli
www.anews.az
























