İran səfiri İngiltərə Xarici İşlər Nazirliyinə çağrıldı

İranın İngiltərədəki səfiri daha əvvəl Tehranda İngiltərə səfirinin həbsi ilə əlaqədar Birləşmiş Krallıq Xarici İşlər Nazirliyinə çağrılıb, bu barədə hökumət dəftərxanasının rəsmi nümayəndəsi məlumat verib.
Bundan əvvəl Tasnim İran agentliyi İngiltərənin İrandakı səfiri Robert Makerın bir müddət saxlanıldığını, lakin sonradan diplomatın sərbəst buraxıldığını bildirmişdi. İran mediası səfirin şənbə günü Tehrandakı etiraz aksiyalarında iştirak etdiyini və "bəzi radikal aksiyaların təşkili, təşviq edilməsi və yönləndirilməsi ilə məşğul olduqlarını" bildirib. Söhbət şənbə günü Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini ehtiram etmək üçün İran paytaxtındakı Əmir Kəbir Universitetinin binasında toplanan yüzlərlə tələbənin aksiyasından gedir.
"Etirazımızı bildirmək üçün İran səfirinı bazar ertəsi Xarici İşlər Nazirliyinə çağırmışıq. Britanıyanın İrandakı səfirinin saxlanması Vyana Konvensiyasının pozulması deməkdir və araşdırılmalıdır. İran hökumətindən bunun təkrarlanmayacağına dair zəmanət tələb edirik", - deyə Britaniya hökumətinin nümayəndəsi jurnalistlərə bildirib.
Sem Makerın özü isə saxlanandan sonra bildirib ki, İran paytaxtındakı nümayişdə iştirak etməyib vəyığışanla şüarlar səsləndirməyə başladıqdan beş dəqiqə sonra hadisəni tərk etdiyini qeyd etdi.İngiltərə Xarici İşlər Naziri Dominic Raab və Baş Nazir Boris Johnson Makarın tutulmasını beynəlxalq qanunların kobud və əsassız olaraq pozulması adlandırdılar.
Tərcümə: Fərid Məmmədli
























