İranda etirazların ikinci dalğası başladı

İran hökumətinin Ukraynanın yanvarın 8-də qəzaya düşmüş "Boeing 737” sərnişin təyyarəsinin səhvən vurulmasını etiraf etməsindən sonra başlayan etiraz aksiyaları davam edir.
Tehranın Azadi meydanında və digər ərazilərdə nümayişçilərə qarşı mübarizə aparmaq məqsədilə polis dəstələri yerləşdirilib.
Mitinq iştirakçıları Tehranda Şahid-Beheşti Universitetinin girişində ABŞ və İsrail bayraqlarının təsvirini tapdamaq istəməyərək yan keçirlər. Onlar eyni zamanda hökumət əleyhinə "Bizi aldadırlar, düşmənimiz Amerika deyil, düşmənimiz buradadır” şüarını səsləndiriblər.
www.anews.az
























