• $
  • €
  • ₽
  • ₺
  • £

Ruhani ikinci dəfə üzr istədi

Ruhani ikinci dəfə üzr istədi
15.01.2020 15:26
İran Prezidenti Həsən Ruhani ölkənin hərbi qüvvələrinin Ukrayna təyyarəsini səhvən vurduqlarını gec etiraf etdikləri üçün üzr istəyib.

"Qafqazinfo” xəbər verir ki,  bu barədə Ruhani bu gün İran dövlət televiziyasında yayımlanan çıxışı zamanı bildirib.

"Mən gecikməyimizə və tonumuza görə üzr istəyirəm. Mən xalqın xidmətçisiyəm, onlarla təvazökarcasına və dürüst danışmalıyam. Həm də insanlar təhlükəsizlik qüvvələrinin heç nəyi gizlətmədiklərini dərk etməlidirlər”, -deyə o bildirib.

Dövlət başçısı qeyd edib ki, məhkəmə, hərbi qüvvələr və hökumət araşdırma üçün bir araya gəlməli və nəticələri dünyaya təqdim etməlidir.
O, həmçinin İran Silahlı Qüvvələrindən Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı daha çox məlumat verməsini tələb edib: "Mən istərdim ki, İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı tədqiqatın bütün təfərrüatını xalqa açıqlasın”.

Xatırladaq ki, "Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus "Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.

Rəsmi Tehran hadisədən 3 gün sonra, yanvarın 11-də təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.
Həmin gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə Həsən Ruhani arasında telefon danışığı olub. Söhbət əsnasında Ruhani Ukraynanın sərnişin təyyarəsinin ölkəsinin hərbçiləri tərəfindən vurulmasına görə üzr istəyib. O, Ukrayna xalqına və həlak olanların ailələrinə başsağlığı verərək faciənin İran ordusunun səhv hərəkətləri səbəbindən baş verdiyini etiraf edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol