"Ebola" virusunu necə durduracağımızı bilmirik" - ABŞ

Qərbi Afrikada yayılan Ebola epidemiyası beynəlxalq ictimaiyyətdə həyəcan doğurub. ABŞ xəstəliklə mübarizə üçün Qərb Afrikaya 50 mütəxəssis göndərməyi qərara alıbQərbi Afrikada 729 adamın ölümünə səbəb olan Ebola epidemiyası ilə mübarizəyə dəstək vermək məqsədiylə ABŞ 50 tibbi mütəxəssisini bölgəyə göndərməyə hazırlaşır. ABŞ Xəstəliklərin Yoxlanması və Qarşısının Alınması Mərkəzinin direktoru Tomas Frieden "ABC" telekanalına müsahibəsində deyib ki, Afrika qitəsində yayılan Ebola epidemiyası indiyə qədər yayılan epidemiyalardan ən təsirlisidir və artıq nəzarətdən çıxmaq ərəfəsindədir.Amerikalı mütəxəssislərin 30 gün ərzində epidemiyadan təsirlənən ölkələrə gedəcəyinə vurğulayan Frieden belə bir etiraf edib: "Boynumuza alırıq ki, "Ebola"nı necə durduracağımızı bilmirik. Xəstəliklə mübarizə aparmaq üçün hələ köhnə üsulları tətbiq etmək məcburiyyətindəyik. Xəstəni müalicə edərkən digər tərəfdən də kimlərlə təmas qurduğunu tapmalıyıq. Eyni zamanda maarifləndirmə işləri də aparmalı, xəstəxanalarda dezinfeksiya işlərinə də nəzarət etməliyik". Epidemiyanın ABŞ və Avropada yayılmasından narahat olduğunu dilə gətirən mərkəz direktoru "Epidemiyanın yayılmasının qarşısını almaq üçün bu an edə biləcəyimiz ən əhəmiyyətli şey virusun Afrikadakı qaynağını yox etmək ola bilər" - söyləyib. Afrikada yayılan bu virusdan indiyədək 729 adamın öldüyü bildirilir. Virusun gətirib çıxardığı daxili hərarət əzələ ağrısı, qusma, ishal, daxili və xarici qanamalara səbəb olur. Xəstəliyin inkubasiya müddəti 2 gün ilə 3 həftə arasında dəyişir. Təmas yoluyla yayılan xəstəlik üçün hər hansı bir peyvənd, ya da müalicə üsulu tapılmayıb. ABŞ-ın beynəlxalq sağlamlıq institutları sentyabr ayında "Ebola" ilə bağlı peyvəndləri test etməyə başlayacaq.ANN.Az
























