Pivə oğlanı qıza çevirən ən təhlükəli alkoqollu içki adlandırılıb

Rusiyalı narkoloq ən təhlükəli və ən az sağlamlığa ziyan vuran alkoqollu içkinin adını açıqlayıb.
Rusiyalı narkoloq Daniil Pokrovskinin sözlərinə görə, insan orqanizminə ən təhlükəli olan içki pivədir. Çünki bu içkinin tərkibində ağır metal sayılan kobalt var.
"Metal olduqca toksik elementdir. O, ürək əzələlərində yığılır və piylənmə yaradır", - deyə həkim REN TV-yə verdiyi müsahibədə bildirib.
Pokrovskiy vurğulayıb ki, bu istənilən alkoqol qəbulu zamanı baş verir, amma pivə qəbulu zamanı daha tez baş verir.
"Pivənin tərkibində qadın orqanizminə məxsus bitki mənşəli cinsi hormon olan fitoestrogen var. Bu hormon isə oğlanı qıza çevirə bilər. Belə ki, insann qarın hissəsində piy təbəqəsi yaranır. Fəal hormonal hüceyrələrdən ibarət olan bu piylər estrogen buraxır. Piylər öz özünü qidalandırır və kişi orqanizmində olması məsləhət bilinməyən əlavə qadın hormonları hasil edir. Bütün bunlar potensiyanın azalmasına, kişilərin cinsi sistemində yaranan dəyişikliklər sonsuzluğa səbəb olur", - deyə narkoloq vurğulayıb.
İnsan orqanizminə ziyan vurmayan hansı alkoqollu içkilər içmək olar? sualına cavada isə Pokrovskiy bildirib ki, tərkibində çoxlu sayda mikroelement və vitamin olan qırmızı şərab içmək məsləhətdir.
























