• $
  • €
  • ₽
  • ₺
  • £

Bu dəfə Çin deyil: vəhşi heyvanlar diri-diri qaynadılır - Görülməmiş vəhşilik - FOTOLAR

Bu dəfə Çin deyil: vəhşi heyvanlar diri-diri qaynadılır - Görülməmiş vəhşilik - FOTOLAR
28.05.2020 21:53
Çinin Vuhan şəhərində yeni növ koronavirusun mənbəyi kimi göstərilən Huanan Dəniz Məhsulları Bazarı bağlandıqdan sonra, bu dəfə İndoneziyada olan və dünyanın ən qorxunc bazarı hesab edilən Tomohon bazarı dünya gündəminə düşüb.


Qanarinfo xarici mətbuata istinadən xəbər verir ki, sözügedən bazara daha çox çinlilər üz tutur. Vuhan bazarında olduğu kimi, burada da yarasa, ilan, it, meymun və digər heyvanlar satılır.
 
Bazarı qorxunc edən isə qəfəslərdə saxlanılan heyvanların satışdan öncə diri-diri qaynadılmasıdır. Satıcıların turistləri qorxutmaq və diqqət çəkmək üçün heyvanlara işgəncə verdikləri bildirilir.
 
Hətta bəzi nəsli kəsilməkdə olan meymun növlərinin İndoneziya qanunlarına görə öldürülməsi qadağan olsa da, bazarda satılır.Koronavirus səbəbindən bazar çinli müştərilər üçün bağlı olduğundan, turist sayında ciddi azalma müşahidə edilir.

Mütəxəssislər Tomoho bazarının və digər vəhşi heyvan bazarlarının potensial koronavirus mənbəyi olduğunu bildirirlər. Heyvan haqlarını müdafiə edənlər isə bu tip bazarların bağlanmasını tələb edirlər.

Vəhşi heyvanlarda müasir tibb tərəfindən hələ də müəyyənləşdirilməyən 1,7 milyon virus növü olduğu bildirilir. Tarix boyu çox sayda yoluxucu xəstəliyin Asiya və xüsusilə də Çində ortaya çıxması bu səbəbdən təsadüfi deyil.








www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol