Bu tarixdə 500 min insan koronavirusa yoluxacaq

Böyük Britaniya alimləri koronavirusun pik həddə yayılacağı vaxtı açıqlayıblar.
"Bloomberg”in xəbərinə görə, Londonda "Tropik xəstəliklərin Gigiyena və Tədqiqat Məktəbi” alimlərinin qənaətinə əsasən, bu, fevralın ikinci yarısında baş verəcək.
Virusla bağlı qeyri-müəyyənlik xəstəliyin kulminasiya nöqtəsinə çatacaq dəqiq tarixi deməyə çətinlik yaradır.
Tədqiqatçılar bildirir ki, yeni növ koronavirus Uhanda hər iyirmi nəfərdən birinə yoluxub.
www.anews.az
























