Körpəsini satmaq istəyən ana tutuldu

Gürcüstanda ana uşağını satmaq istəyib.
"HaberGlobal”ın məlumatına görə, ana övladını 13 min dollara (22,100 AZN) satmağa çalışıb.
Araşdırma nəticəsində qadının altı nəfərlə əlbir hərəkət etdiyi məlum olub.
Arasında iki həkimin də olduğu cinayətkarların birinin eyni səbəbdən daha əvvəl məhkum olunduğu üzə çıxıb.
Onlar uşağı satdıqdan sonra pulu bölüşdürməyi planlaşdırıblar.
www.anews.az
























