Qatarda YANĞIN - Sərnişinlər TƏXLİYƏ EDİLDİ

Gürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.
Gürcüstanın Daxili İşlər Nazirliyinin xəbərinə görə, yanğına kontakt şəbəkəsində baş verən qısaqapanma səbəb olub.
Qəza nəticəsində qatarın hərəkəti dayandırılıb və sərnişinlər alternativ yolla təyinat məntəqəsinə çatdırılıblar.
Sərnişinlər qatardan təxliyə edilib. Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.
www.anews.az
























