“Türklər məni ölümlə hədələyir” – Rus səfirdən şok iddia

"İdlibdə baş verən hadisələrdən sonra Türkiyədən olan sosial şəbəkə istifadəçilərindən təhdid mesajları almağa başlamışam”.
"Mən birbaşa təhdidlər alıram”, - deyə RBC telekanalı Yerxovdan sitat gətirir.
Səfir ona ünvanlanan bir neçə ifadədən sitat gətirib:
"Həyatla vidalaş”, "Heç kim sənə yas tutmayacaq”, "Yanmağın vaxtı gəldi” və s.
Diplomat beş il əvvəl oxşar vəziyyətin media və sosial şəbəkələrdə müşahidə olunduğunu, lakin həmin vaxt səbəbin İdlib deyil, Hələb olduğunu deyib və sələfi Andrey Karlovun ölümünü xatırlayıb.
Qeyd edək ki, Karlov 2016-cı il dekabrın 19-da Ankarada İncəsənət Mərkəzindəki sərgidə çıxışı zamanı qətlə yetirilib.
www.anews.az
























