• $
  • €
  • ₽
  • ₺
  • £

İranlı nazir: “Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur”

İranlı nazir: “Ukrayna təyyarəsinin “qara qutusu” təmir olunur”
29.05.2020 12:06
İranın müdafiə naziri, briqada generalı Əmir Hatəmi yanvarın 8-də Tehran səmasında vurulan "Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus "Boeing” sərnişin təyyarəsinin "qara qutusu”nun oxunması ilə bağlı məsələyə aydınlıq gətirib. 


"Report” İRNA-ya istinadən xəbər verir ki, nazir hazırda "qara qutu”nun təmir olunduğunu bildirib.


"İranın müdafiə sənayesindən Ukrayna avialaynerinin "qara qutusu”nun təmir edilməsinə kömək etməsini istəmişik. Təmirdən sonra "qara qutu” oxunacaq”, - nazir deyib.


Xatırladaq ki, Ukraynaya məxsus "Boeing” 737-800 təyyarəsi yanvarın 8-i Tehran hava limanı üzərində İran Silahlı Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə nəticəsində 167-si sərnişin, 9-u ekipaj üzvü olmaqla 176 nəfər ölüb. Ölənlər arasında 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 3-ü isə Böyük Britaniya vətəndaşı olub. İran rəhbərliyi yanvarın 11-i təyyarənin səhvən vurulmasını boynuna alıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol