• $
  • €
  • ₽
  • ₺
  • £

İran ölənlərin sayının gizlədilməsi iddiasını rədd edir

İran ölənlərin sayının gizlədilməsi iddiasını rədd edir
29.05.2020 11:30

İranın Səhiyyə nazirinin müavini koronavirusa yoluxma səbəbindən  ölənlərin sayının 12-yə çatması barədə xəbərin gizlədilməsi iddiasını rədd edib. İranda koronavirusun yayılmağa başladığı Qum vilayətinin millət vəkili hakimiyyəti problemin tam miqyasını gizlətməkdə günahlandırıb.  Bu barədə BBC xəbər verir.

Əhməd Əmirabadi-Fərəhani tək Qumda 50 ölüm hadisəsinin qeydə alındığını  söyləyib.

Amma İraj Harirci bu məlumatı rədd edib.  "Bu, siyasi qarşıdurmaların vaxtı deyil. Koronavirus milli problemdir. Bu rəqəmin yarısı hətta düz olarsa istefa verəcəm”, – deyə o, s öyləyib.

Hökümət sözcüsü Əli Rabiei ölənlərin sayı ilə bağlı şəffaf məlumat verəcəyini bildirib. O, həmçinin İlna xəbər agentliyinə açıqlamasında ölənlərin sayının 40 nəfər olduğununu, bu barədə nazir müavininə məlumat verdiyini və onun istefasını gözlədiyini söyləyib.

Ötən çərşənbədən  bu yana İranda ən azı 61 koronavira yoluxma hadisəsi baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə,onlardan ən çoxu , yəni  otuz dördü  Qum vilayətində , on üçü Tehranda,  altısı Gilanda,  dördü Markazida, ikisi İsfahanda, hərəsində biri olmaqla Həmədan və Mazandaranda baş verib.
Hakimiyyət virusun yayılmasının qarşısını almaq üçün məktəb və universitetlərin bağlanmasını əmr edib.

Cənab Namaki bazar günü televiziyada çıxışında bildirib ki, Qumda ölənlərdən biri  Çinə müntəzəm səyahət edən tacirlərdən olub.

O, insanları şiə müsəlman zəvvarları üçün əsas məkan olan Qum şəhərinə getməməyə çağırıb.

Qum şəhəri ziyarətgah hesab edildiyi üçün hər il milyonlarla iran və digər ölkələrin vətəndaşları  bura gəlir.

Qum həmçinin İranın ən böyük şiə din xadimlərinin evidir. Buna görə də dünyanın müxtəlif yerlərindən insanlar din xadimlərinin seminarlarında iştirak etmək üçün Quma gəlirlər.

Səudiyyə Ərəbistanı, Küveyt, İraq, Türkiyə, Pakistan və Əfqanıstan İrana səyahət və immiqrasiyaya məhdudiyyətlər tətbiq edib.

Tərcümə: Əliyə İlyasova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol