• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə və Azərbaycan kilsələri "erməni soyqırımı"nı tanıyacaq - ŞOK

Türkiyə və Azərbaycan kilsələri "erməni soyqırımı"nı tanıyacaq - ŞOK
31.07.2014 12:26
Dünya Kilsələr Birliyinə (WCC) üzv olan kilsələr 2015-ci il aprelin 24-də qondarma erməni «soyqırımı»nı tanımağa hazırlaşır. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu bəyanatla Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy çıxış edib. G. Gülbəy dünya kilsələrinin erməni «soyqırımı»nın tanınması üçün Türkiyəyə qarşı birləşdiyini və dindən istifadə edərək Türkiyəyə təzyiq göstərməyə hazırlaşdıqlarını deyib: «2015-ci ildə erməni «soyqırımı»nın ildönümündə soyqırımın tanınması və təzminat tələbləri üçün WCC üzvü olan kilsələrin beynəlxalq təşkilatların, hüquqşünasların və insan haqları müdafiəçilərinin iştirakı ilə Cenevrədə beynəlxalq konfrans təşkil etməsi, bu konfransla eyni zamanda Cenevrə Kafedralında erməni «soyqırımı» «qurbanlarını» anmaq üçün dua ayinin təşkili, bu olayın tanınması üçün WCC üzv kilsələrin duaya dəvət edilməsi qərara alınıb». ASİMDER sədri Türkiyə və Azərbaycandakı kilsələrin də WCC üzvü olduğunu və bu konfransa qatılacaqlarını bildirərək, iki ölkənin müvafiq dövlət qurumlarını kilsə və dini liderlərə lazımi xəbərdarlıq etməyə çağırıb. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol