"Dünyada din azadlığı" hesabatında Azərbaycan - 2013

Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry 2013-cü il üçün Beynəlxalq Dini Azadlıqlar Hesabatını ABŞ Konqresinə təqdim edib.
Sayca 16-cı olan bu hesabat Konqres tərəfindən ratifikasiya edilməsinin ardınca ölkə hökumətinə xarici siyasətin formalaşdırılmasında və xarici yardımların ayrılması siyasətində kömək edəcək.DİNİ İCMALARIN DİDƏRGİNLİYİHesabatda deyilir ki, 2013-cü il bəşər tarixində böyük dini icmaların didərgin düşməsi ilə müşayiət olunub.Qeyd olunur ki, dünya boyunca insanlar dini etiqadlarına və baxışlarına, dini seçimlərinə görə ayrı-seçkilik və zorakılıqlara məruz qalmaqda davam ediblər.Hesabat müəllifləri hesab edirlər ki, dini ayrı-seçkilik aktlarının arxasında çox vaxt hökumətlərin özləri dayanır.Onların fikrincə, təməl insan haqlarının və azadlıqların sıxışdırıldığı ölkələrdə insanlar çox vaxt ekstremist qüvvələrin nəzarətində olan dini qruplaşmalara pənah aparmalı olurlar.XÜSUSİLƏ NARAHATLIQ DOĞURANLARHesabatda din və etiqad azadlıqları sahəsindəki vəziyyətləri ilə xüsusi narahatlıq doğuran bir sıra ölkələrin adları sadalanıb.Dövlət katibi John Kerry də sənədin təqdimatı zamanı çıxışında bu ölkələrin adlarını çəkib: Birma, Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistan, Türkmənistan və Özbəkistan.Yeri gəlmişkən Türkmənistan bu il ilk dəfə olaraq «narahatlıq doğuran ölkələr»in (Countries of Particular Concern (CPC)) siyahısına daxil edilib.ŞİƏ-SÜNNİ QARŞIDURMALARIHesabatda narahatlıqla vurğulanır ki, Yaxın Şərqdə və Pakistan kimi müsəlman ölkələrində bir tərəfdən şiə və sünni məzhəbləri arasında düşmənçilik dərinləşib, digər tərəfdən isə tarixən Şərqə sakin olan xristian icmalarına qarşı islamçı ekstremizmin hücumları dözülməz həddə çatıb.Xristian əhalisinin, xüsusilə də İraq və Suriya kimi ölkələrdə repressiyalarla üzləşməsi və yaşadıqları yerləri tərk etmələri halları getdikcə artıbMəsələn qeyd olunur ki, Pakistanda silahlılar ötən il ərzində 400 şiə müsəlmanını qətlə yetiriblər, bir kilsənin bombalanması nəticəsində isə 80-dək xristian həlak olub.Sənəddə, həm şiələrin, həm də xristianların Misirdə, Səudiyyə Ərəbistanında diskriminasiya olunduğu vurğulanır.
İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə qanun İslamın yalnız hakimiyyət tərəfindən məqbul sayılan məzhəb və təriqətlərə etiqad etmək icazəsi verir.Hesabatda bu da bildirilir ki, son illərdə bir sıra Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada məscidlər üzərinə basqın halları qeydə alınıb.Vurğulanır ki, Avropanın ən böyük ləkəsi olan antisemitizmin bu qitədə təzahür halları çoxalmaqdadır.KEÇMİŞ SOVET MÜSƏLMANLARIABŞ-ın dini azadlıqlara dair son hesabatında keçmiş müsəlman sovet respublikalarında hazırkı vəziyyətə xüsusi diqqət yetirilib.Məsələn, qeyd olunur ki, Tacikistan 18 yaşına çatmamışların hər hansı dini fəaliyyətlə məşğul olmasını qadağan edən yeganə müsəlman ölkəsidir.Bu ölkədə qadınların məscidlərə getməsi də qadağan olunub.Türkmənistanda isə daha çox repressiya və zorakılıqlara məruz qalanların Yahovanın şahidləri təriqətinə aid olduqları göstərilir.Özbəkistan isə hesabatda dini ekstremizm ittihamları ilə məhkum edilənlərin ən çox olduğu ölkələrdən biri kimi qeyd olunur.Sənəddə deyilir ki, hazırkı təxminlərə görə Özbəkistanda «dini ekstremizm» ittihamı ilə məhkum olunmuş 10-12 min arası məhbus var.Hesabatda Azərbaycana da xüsusi bölüm həsr olunub.KONSTİTUSİYA YOX, HÖKUMƏT İCAZƏ VERİRBurada qeyd olunur ki, Azərbaycanda din azadlığına Konstitusiya ilə təminat verilsə də, praktikada bir çox «qeyri-ənənəvi» din və təriqətlərin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulur.Bu da əlavə olunur ki, ümumilikdə hökumət dini qrupların işinə demək olar ki, ümumiyyətlə müdaxilə etmir.Bunun əvəzində bütün dini təşkilatların dövlət qeydiyyatından keçməsi tələb olunur. Bu qaydaların xaricində fəaliyyət göstərən qruplar və onların üzvləri böyük cərimələrlə üzləşirlər.Hesabatda Azərbaycanın dini tərkibinə dair ABŞ hökumətinin təxminləri də verilib.
Sayca 16-cı olan bu hesabat Konqres tərəfindən ratifikasiya edilməsinin ardınca ölkə hökumətinə xarici siyasətin formalaşdırılmasında və xarici yardımların ayrılması siyasətində kömək edəcək.DİNİ İCMALARIN DİDƏRGİNLİYİHesabatda deyilir ki, 2013-cü il bəşər tarixində böyük dini icmaların didərgin düşməsi ilə müşayiət olunub.Qeyd olunur ki, dünya boyunca insanlar dini etiqadlarına və baxışlarına, dini seçimlərinə görə ayrı-seçkilik və zorakılıqlara məruz qalmaqda davam ediblər.Hesabat müəllifləri hesab edirlər ki, dini ayrı-seçkilik aktlarının arxasında çox vaxt hökumətlərin özləri dayanır.Onların fikrincə, təməl insan haqlarının və azadlıqların sıxışdırıldığı ölkələrdə insanlar çox vaxt ekstremist qüvvələrin nəzarətində olan dini qruplaşmalara pənah aparmalı olurlar.XÜSUSİLƏ NARAHATLIQ DOĞURANLARHesabatda din və etiqad azadlıqları sahəsindəki vəziyyətləri ilə xüsusi narahatlıq doğuran bir sıra ölkələrin adları sadalanıb.Dövlət katibi John Kerry də sənədin təqdimatı zamanı çıxışında bu ölkələrin adlarını çəkib: Birma, Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistan, Türkmənistan və Özbəkistan.Yeri gəlmişkən Türkmənistan bu il ilk dəfə olaraq «narahatlıq doğuran ölkələr»in (Countries of Particular Concern (CPC)) siyahısına daxil edilib.ŞİƏ-SÜNNİ QARŞIDURMALARIHesabatda narahatlıqla vurğulanır ki, Yaxın Şərqdə və Pakistan kimi müsəlman ölkələrində bir tərəfdən şiə və sünni məzhəbləri arasında düşmənçilik dərinləşib, digər tərəfdən isə tarixən Şərqə sakin olan xristian icmalarına qarşı islamçı ekstremizmin hücumları dözülməz həddə çatıb.Xristian əhalisinin, xüsusilə də İraq və Suriya kimi ölkələrdə repressiyalarla üzləşməsi və yaşadıqları yerləri tərk etmələri halları getdikcə artıbMəsələn qeyd olunur ki, Pakistanda silahlılar ötən il ərzində 400 şiə müsəlmanını qətlə yetiriblər, bir kilsənin bombalanması nəticəsində isə 80-dək xristian həlak olub.Sənəddə, həm şiələrin, həm də xristianların Misirdə, Səudiyyə Ərəbistanında diskriminasiya olunduğu vurğulanır.HÖKUMƏTİN DİNİ
İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə qanun İslamın yalnız hakimiyyət tərəfindən məqbul sayılan məzhəb və təriqətlərə etiqad etmək icazəsi verir.Hesabatda bu da bildirilir ki, son illərdə bir sıra Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada məscidlər üzərinə basqın halları qeydə alınıb.Vurğulanır ki, Avropanın ən böyük ləkəsi olan antisemitizmin bu qitədə təzahür halları çoxalmaqdadır.KEÇMİŞ SOVET MÜSƏLMANLARIABŞ-ın dini azadlıqlara dair son hesabatında keçmiş müsəlman sovet respublikalarında hazırkı vəziyyətə xüsusi diqqət yetirilib.Məsələn, qeyd olunur ki, Tacikistan 18 yaşına çatmamışların hər hansı dini fəaliyyətlə məşğul olmasını qadağan edən yeganə müsəlman ölkəsidir.Bu ölkədə qadınların məscidlərə getməsi də qadağan olunub.Türkmənistanda isə daha çox repressiya və zorakılıqlara məruz qalanların Yahovanın şahidləri təriqətinə aid olduqları göstərilir.Özbəkistan isə hesabatda dini ekstremizm ittihamları ilə məhkum edilənlərin ən çox olduğu ölkələrdən biri kimi qeyd olunur.Sənəddə deyilir ki, hazırkı təxminlərə görə Özbəkistanda «dini ekstremizm» ittihamı ilə məhkum olunmuş 10-12 min arası məhbus var.Hesabatda Azərbaycana da xüsusi bölüm həsr olunub.KONSTİTUSİYA YOX, HÖKUMƏT İCAZƏ VERİRBurada qeyd olunur ki, Azərbaycanda din azadlığına Konstitusiya ilə təminat verilsə də, praktikada bir çox «qeyri-ənənəvi» din və təriqətlərin fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulur.Bu da əlavə olunur ki, ümumilikdə hökumət dini qrupların işinə demək olar ki, ümumiyyətlə müdaxilə etmir.Bunun əvəzində bütün dini təşkilatların dövlət qeydiyyatından keçməsi tələb olunur. Bu qaydaların xaricində fəaliyyət göstərən qruplar və onların üzvləri böyük cərimələrlə üzləşirlər.Hesabatda Azərbaycanın dini tərkibinə dair ABŞ hökumətinin təxminləri də verilib.AZƏRBAYCANIN DİNİ TƏRKİBİ

QÜDRƏTLİ KOMİTƏ

HÖKUMƏTİN MƏSCİD VƏ KİLSƏ TİKİNTİLƏRİ

























