• $
  • €
  • ₽
  • ₺
  • £

Coca-Colanı Yasir Ərəfat maliyyələşdirib

Coca-Colanı Yasir Ərəfat maliyyələşdirib
29.07.2014 09:42
1886-cı ildə ABŞ məmuru tərəfindən əsası qoyulmuş, bu günə qədər dünya brendi adını qoruyan Koka-kola (“Coca-Cola”) barədə yeni iddia irəli sürülüb.
Axar.az xəbər verir ki, fələstinlilərin qırılmasında maliyyə rolunu oynadığı iddiası ilə boykot edilən bu içkinin sərmayəçiləri sırasında Fələstin lideri Yasir Ərəfat da olub.
 
Nobel mükafatı laureatı və BMT-də faktiki dövləti olmayan bir xalqı təmsil edən Fələstin lideri Yasir Ərəfat vaxtilə əldə etdiyi gəlirlərinin bir hissəsini Koka-kola şirkətinə də yatırıbmış. Yasir Ərəfat milyardlarla ölçülən şəxsi varidatını bir çox dünya brendlərinə yatırmaqla qazancını artırırmış. Y.Ərəfatın Küveytdə böyük tikinti biznesinə yatırdığı sərmayə ilə bərabər, Lüksemburq, Avstriya, Kayman adalarında bank hesabları, İtaliya, Fransa, İsveçrədə şirkət və bankları varmış.
 
Ərəfatın Koka-kolaya yatırdığı sərmayə isə 1 milyard dollar olaraq qiymətləndirilir. 
İddiada həmçinin vurğulanır ki, Yasir Ərəfatın adına olan bu vəsaitlərin çoxu Fələstin Müqavimət Hərəkatına ərəb ölkələri tərəfindən edilən yardımlar, BMT-nin etdiyi maliyyə dəstəyi və Fələstin diasporunun göndərdiyi pullardan təşkil edilib. Ərəfat bu gəlirlərlə Fələstin Müqavimət Hərəkatını maliyələşdirirmiş.
 
2004-cü ildə Yasir Ərəfat dünyasını dəyişəndən sonra qurduğu biznes və gəlirlər qanunla arvadına çatsa da, vəsiyyətə uyğun olaraq, Süha Ərəfat bank hesablarının kodlarını həyat yoldaşının silahdaşlarına ötürüb. Yeni Fələstin rəhbərliyi ilə olan razılaşmaya əsasən, Süha Ərəfat əvəzində ehtiyacsız yaşamaq haqqını qazanıb.
 
Bəzi iqtisadçılar bu faktı əsas gətirərək, əslində, Koka-kolanın fələstinlilərin qırılması və yəhudilərin silahlanması ilə heç bir əlaqəsi olmadığını, bu kampaniyanın şirkətin rəqibləri tərəfindən ortaya atıldığını bildirirlər. Onların fikrincə, Koka-kolanın rəqibləri müsəlman ölkələrində bu şirkətin mövqeyini zəiflətmək istəyirlər.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol