Koronavirusdan qorunmaq üçün inək sidiyi içirlər - FOTO

Dünyanı təsiri altına alan koronavirüs epidemiyasına qarşı Hindistanda fərqli mübarizə aparılır.
Koronavirusdan qorunmaq üçün 200 adamın iştirakıyla inək sidiyi içmə partisi təşkil edilib.
Həkimlərin inək sidiyinin hər hansısa xəstəlikləri müalicə etmədiyini dəfələrlə şərh etmələrinə baxmayaraq, Bütün Hindistanın Hindu Birliyi adlı bir qrupun ev sahibliyi etdiyi "bayrama" 200-dən çox adam qatılıb.
Partiyə qatılan Om Prakash adlı şəxs 21 ildir inək nəcisi və sidiyi içdiyini bildirib: "21 ildir inəksidiyi içirik, inək nəcisindən da maska kimi istifadə edirik. İngilis dərmanlarının istifadə etməyi heç hiss etmədim".
www.anews.az
























