• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda fövqəladə vəziyyət elan olundu

Ermənistanda fövqəladə vəziyyət elan olundu
28.05.2020 18:18
Ermənistan hökuməti COVİD-19 koronavirusunun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. 

Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, fövqəladə vəziyyət rejiminə Baş nazirin müavini Tiqran Avinyanın başçılıq etdiyi komitə nəzarət edəcək. 

Xarici ölkələrdən Ermənistana yalnız rəsmi səfərə gələn diplomatlar gələ bilər. Riskli ölkələrdən olan vətəndaşların Ermənistana gəlməsi isə qadağan edilib. 
Hökumətdən bildiriblər ki, Ermənistanda 20-dən çox insanın iştirakı ilə mitinq, tətil, ictimai tədbirlərin təşkili və keçirilməsi qadağandır. Dini mərasimlər, konsertlər, sərgilər ləğv edilir.

Ermənistanda fövqəladə vəziyyət dövründə dövlət və özəl təhsil müəssisələrində dərslərə son verilir.

Fövqəladə vəziyyət rejimi martın 16-da İrəvan vaxtı ilə 18:30-dan qüvvəyə minəcək və 14 apreldə 17:00-a qədər davam edəcək.

Baş Nazir Nikol Paşinyan isə bildirib ki, aprel ayının 5-nə təyin olunan referendum təxirə salınacaq. 

Məlumat üçün onu da bildirək ki, aprelin 5-də keçiriləcək referendum zamanı Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın və məhkəmənin daha 6 üzvünün səlahiyyətlərinin dayandırılması məsələsi səsverməyə çıxarılacaq. Paşinyan və onun tərəfdarları "Bəli”, Serj Sarkisyanın rəhbərlik etdiyi müxalifət  qüvvələri isə "Yox” kampanyasına başlayıblar.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol