• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Banklar Assosiasiyasından "koronavirus" tövsiyəsi

Azərbaycan Banklar Assosiasiyasından "koronavirus" tövsiyəsi
28.05.2020 17:58
Hazırda qlobal səviyyədə narahatlığa səbəb olmuş və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilmiş COVİD-19 virusu onun təmas etdiyi səthlərə toxunulma vasitəsi ilə də yoluxmaya səbəb ola bilir.


"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin açıqlamasında bildirilir. 


Məlumatda həmçinin deyilir ki, bu səbədən, xüsusilə də insanların çox toplaşdığı ərazilərdə quraşdırılmış bankomatlardan istifadə etməklə nağdlaşdırma əməliyyatı aparılan zaman bankomatın düymələrinə toxunmaq zərurəti yarandığı üçün hər istifadədən sonra əllərin ciddi şəkildə yuyulması və ümumiyyətlə zərurət olmadıqda bankomatdan istifadənin minimuma endirilməsi tövsiyə edilir.


"Həmçinin, ÜST-nin araşdırmalarına əsasən bu kimi virusların kağız əskinaslarla yayılmasının mümkünlüyünü nəzərə alaraq, ödəniş kartı istifadəçilərinin ticarət və digər obyektlərdə ödənişlərini POS-terminallar vasitəsilə nağdsız formada həyata keçirməsi məqsədəuyğundur.


Qeyd edək ki, POS-terminallarda 50 manat və ondan aşağı məbləğlərdə PİN-kod daxil etmədən əməliyyatın aparılması mümkündür. Yəni ödəniş kartını ticarət obyektlərinin kassirinə təqdim etmədən yalnız POS-terminala yaxınlaşdırmaqla ödəniş aparmaq olar.


Hazırda ölkədə fəaliyyət göstərən 25 mindən çox təsərrüfat subyektində təmassız ödənişlər qəbul edən POS-terminal quraşdırılmışdır.


ABA olaraq nağd puldan istifadəni minimallaşdırmaq üçün kütləvi xarakter daşıyan xidmətlər, xüsusilə də kredit, kommunal, mobil telefon və digər ödənişlərin internet üzərindən və ya bankların təqdim etdiyi mobil və internet bankçılıq xidmətləri vasitəsilə nağdsız formada həyata keçirilməsinə üstünlük verilməsi də tövsiyyə edilir", - deyə qurum bəyan edib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol