İtaliyada son bir gündə koronavirusdan ölənlərin sayı 600-ü keçib

İtaliyada son bir gündə ölənlərin sayı 600-ü keçib, bu barədə ÜST məlumat verir.
Son bir gündə Avropanın bu ölkəsində 627 nəfər ölüb, 5986 nəfər koronavirusa yoluxub. Cəmi yoluxma hallarının sayı isə 47021 nəfər təşkil edib. Onlardan 5129 nəfəri sağalıb.
Çinli mütəxəssislər İtaliyada xəstəliyin durmadan artmasının səbəbini əhalinin karantin qaydalarına riayət etməməsində görür.
www.anews.az
























