• $
  • €
  • ₽
  • ₺
  • £

Koronavirusa qarşı texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başlayıb

Koronavirusa qarşı texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başlayıb
29.05.2020 04:47
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və "SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə "Global Virtual Hackathon” müsabiqəsi keçirilir. 


Bu barədə "Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.


"Global Virtual Hackathon”un keçirilməsində əsas məqsəd virtual aləmdə insanların öz işlərini nizama salması üçün mühit yaratmaq, öyrənmək, şəbəkə qurmaq, ticari əlaqələr arasındakı boşluğu aradan qaldırmaq, mövcud potensialı üzə çıxarmaq və həqiqi nəticələrin əldə edilməsindən ibarətdir.


Müsabiqəyə qeydiyyat bu gündən başlayır. İştirakçılar müsabiqəyə qoşulmaq üçün "www.hackcov19.com” saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 9 aprel 2020-ci il Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.


Seçilən iştirakçılar üçün müsabiqəyə aprelin 10-da tarixində start veriləcək. Aprelin 12-də keçiriləcək final mərhələsində isə jüriyə təqdim ediləcək layihələr arasından qiymətləndirmə əsasında qalib layihə və iştirakçılar seçiləcək.


Birinci yerin sahibinə 5 min ABŞ dolları, ikinci yerin qalibinə 3 min ABŞ dolları və üçüncü yeri tutana isə 2 min ABŞ dolları məbləğində mükafat bank hesabına köçürülməklə təqdim ediləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol