İsrailin baş naziri koronavirusa görə karantinə alındı

İsrailin baş naziri Benyamin Netaniyahu bir həftəliyinə karantinə alınıb.
"Report” İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı İsrail baş nazirinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, hökumət başçısı aprelin 8-dək karantində saxlanılacaq.
Buna səbəb bir müddət əvvəl İsrailin səhiyyə naziri Yaakov Lisman və həyat yoldaşında koronavirusun aşkarlanması olub.
www.anews.az
























