• $
  • €
  • ₽
  • ₺
  • £

Putin erməniləri qorxutdu

Putin erməniləri qorxutdu
23.07.2014 12:26
İrəvanda KTMT-nin ləğv edilə biləcəyindən narahatdırlarRusiya Milli Təhlükəsizlik Şurasında çıxış edən Vladimir Putin İrəvanda böyük narahatlığa səbəb olub.ANS PRESS-in məlumatına görə, erməni mətbuatı Rusiya prezidentinin suverinlik və milli təhlükəsizlik barədə çıxışında bir sıra “qəribə bəyanatlar” aşkarlayıb. Konkret olaraq, Putinin Rusiyanın suverenliyinin əsasında “heç bir alyansa daxil olmaması”nın durduğunu söyləməsi erməniləri narahat edib. Rusiya prezidenti deyib ki, hər hansı alyansa daxil olan istənilən ölkə öz suverenliyinin bir hissəsini verir və bu, heç də həmişə ölkənin maraqlarını əks etdirmir.Erməni şərhçi Naira Ayrumyan isə xatırladır ki, Rusiya ən azı iki alyansın - Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. “Qəfildən Putin bəyan edir ki, Rusiya alyansların üzvü deyil. Ya Putin tamamilə başını itirib, ya da ki, KTMT-nin ləğvi barədə fərman verməyə hazırlaşır”,- deyə Naira Ayrumyan ehtimal edib.Əslində, normal məntiqi olan Ermənistan vətəndaşı bundan qorxmalıdır. Çünki bütün Ermənistan, o cümlədən prezident Serj Sarkisyan təhlükəsizliklə bağlı bütün ümidlərini KTMT-yə bağlayıblar. Təsadüfi deyil ki, Argentinada səfəri zamanı yerli mətbuata müsahibəsi zamanı Serj Sarkisyanı çox narahat edən bir sual vermişdilər ki, erməniləri Qarabağı işğal etməsinə cavab olaraq Azərbaycan İrəvanı tutarsa nə edərəsiniz?Ermənistan prezidenti yetərincə ciddi mətbu orqana cavab olaraq Azərbaycana mane ola biləcəklərini iddia etməmişdi. Sadəcə, əsas ümidlərini KTMT üzrə əsas tərəfdaşları Rusiyanın müdafiəsinə bağladıqlarını demişdi: “İnanıram ki, strateji tərəfdaşımız bizim belə vəziyyətə düşməyimizə imkan verməz”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol