“Boinq”də ölənlərin meyitləri bu gün təyyarə ilə Niderlanda göndəriləcək

“Boeing 777” təyyarəsində ölən sərnişinlərin meyitlərinin olduğu ilk təyyarə bu gün Niderlanda yola düşəcək.
APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, təyyarə yola düşməzdən əvvəl bu gün 15.00-da “Xarkov” beynəlxalq aeroportunda vida mərasimi keçiriləcək.Meyitlər Hollandiyada yerləşən “Holversum” hərbi bazasına aparılacaq. Burada meyitlərin tanınması proseduru keçiriləcək. ANN.Az
























