• $
  • €
  • ₽
  • ₺
  • £

Çernobılda yanğın növbəti partlayış təhlükəsi yaradıb

Çernobılda yanğın növbəti partlayış təhlükəsi yaradıb
13.04.2020 20:29
Ukraynalı yanğınsöndürənlər bir həftədən çoxdur Çernobılda yanğının qarşısını ala bilmir. Faciə zonasında çox təhlükəli vəziyyət yaranıb.

Bizimyol.info xəbər verir ki, yanğın Çernobıl Atom Elektrik Stansiyasında radioaktiv tullantıların yerləşdiyi anbara çatarsa, daha bir partlayış ola bilər. Yanğın artıq 1986-cı ildə böyük faciə yaşamış Pripyat şəhərinə çatıb. Şəhər həmin anbardan 2 kilometr uzaqlıqda yerləşir. Faciə zonasının idarə olunması üzrə dövlət agentliyinin ictimai şurasının üzvü Yaroslav Yemelyanenko deyib ki, alov məhz "Podlesnıy” anbarına doğru istiqamət alıb. Külək yanğının ora çatmasına çox kömək edir.
Yanğın Pripyat ətrafındakı bütün kəndləri sıradan çıxarıb. Radioaktiv şüalanma üzündən yaşıllığını itirən "Sarı-qırmız meşə” də od içindədir.
Ukrayna polisi yanğın törətməsi şübhəsi ilə bir nəfəri saxlayıb. 27 yaşlı ukraynalı əyləncə məqsədi ilə üç yerdə od qaladığını etiraf edib.
Çernobıl Atom Elektrik Stansiyasının dördüncü blokundakı partlayış 1986-cı il aprelin 26-da baş vermişdi. SSRİ hökuməti faciə qurbanlarının sayının iki rəqəmlə ifadə olunduğunu iddia edirdi. Amma Çernobıl faciəsi zamanı minlərlə insanın tələf olmasına dair faktlar var.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol