Ukrayna Milli Qvardiyasının komandanı koronavirusa yoluxub

Ukrayna Milli Qvardiyasının komandanı, general-leytenant Nikolay Balan koronavirusa yoluxub.
Məlumata görə, Balanda xəstəlik demək olar ki, asimptomatik keçir və vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. Eyni zamanda onunla təmasda olanlar da araşdırılaraq, Covıd-19 testindən keçiriləcək.
Qeyd edək ki, Ukraynada 4 min 600 nəfər koronavirusa yoluxub, 125 nəfər dünyasını dəyişib.
www.anews.az
























