İranda ticarət mərkəzləri və mağazalar açıldı

Bu gündən etibarən İran hökuməti koronavirusla əlaqədar tətbiq edilən sərt karantin rejimini yumşaltmağa başlayıb.
"Report” "Associated Press”ə istinadən xəbər verir ki, artıq beynəlxalq magistral yollar, həmçinin ticarət mərkəzləri və mağazalar açılıb.
Bununla belə, restoran, idman zalı və digər ictimai müəssisələrin fəaliyyəti hələlik bərpa edilməyib.
Ramazan ayının gəlməsinə baxmayaraq, məscid və digər dini obyektlər də bağlı olaraq qalır.
www.anews.az
























