Uşaq yanan mənzildən belə xilas edildi - VİDEO

Rusiyanın Novosibirsk şəhərində tələbə binanın dördüncü mərtəbəsinə qalxaraq, azyaşlı uşağı yanğından xilas edib.
Sibkray.ru xəbər verir ki, vilayət mərkəzində yerləşən binalardan birində yanğın baş verib.
Bu zaman dördüncü mərtəbədə yanğın baş vermiş mənzildə üç nəfərlik ailə çıxılmaz vəziyyətdə qalıb.
Valideynləri balaca qızlarını pəncərdən xilasedici döşəyin üstünə atmaq istəyərkən birinci mərtəbədə yaşayan 23 yaşlı tələbə oğlan dördüncü mərtəbəyə qalxaraq uşağı qucağına götürüb və bir mərtəbə aşağı enib.
Ev tamamilə yansa da, xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
www.anews.az
























