Almaniyada koronavirus vaksininin ilk sınağına icazə verildi

Almaniyanın Pol Erlix adına Vaksin və Biotibbi Preparatlar İnstitutu koronavirusa qarşı vaksinin ilk klinik sınağına icazə verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə institutun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bütün risklər qiymətləndirildikdən sonra vaksinin sınaqlarına icazə verilib. Sınaqda yaşı 18-dən 55-dək olan 200 sağlam könüllünün iştirak edəcəyi açıqlanıb.
www.anews.az
























