Gürcüstanda yanacaq satışı 40% azalıb

Ötən ay Gürcüstanda yanacaq satışı 40% aşağı düşüb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.
Buna səbəb koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq olunan qadağa və məhdudiyyətlərdir.
Aprel ayı üzrə benzin və dizelin istehlak göstəricilərinin aylıq müqayisədə daha da azalacağı proqnoz olunur.
www.anews.az
























