Ermənistanda koronavirusdan ölənlərin sayı 27-yə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı daha 3 nəfər artıb.
Anews.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilib ki, son 24 saatda ölkədə virusa yoluxanların sayı 73 nəfər artaraq 1 596-ya, pandemiyadan ölənlərin sayı isə 27 nəfərə çatıb.
Məlumata görə indiyədək 728 nəfər koronavirusdan sağalıb.
www.anews.az
























