İranda koronavirusdan ölənlərin sayında azalma müşahidə olunur

İranda son 24 saatda yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 71 nəfər vəfat edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.
Bununla da İranda koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 5 min 877 nəfərə çatıb.
Ötən sutka ərzində ölkədə 1 112 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb və ölkədə koronavirusa yoluxanların sayı 92 min 584 nəfərə çatıb.
www.anews.az
























