Türkiyədə karantin qaydalarını pozan gənc vurularaq öldürüldü

Türkiyədə polisin dayan əmrinə tabe olmayan 19 yaşlı suriyalı gənc ayağından vurulub.
Yeniavaz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, ayağından vurulan gənc xəstəxanaya aparılıb, ancaq həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Hadisə Adana vilayətinin Seyhan rayonunda baş verib. Məlumata görə, polisin yoxlama apardığını görən Əli Həmdan adlı gənc qaçmağa başlayıb.
Gəncin qaçdığını görən polis havaya atəş açaraq dayan əmri verib.
Əmrə tabe olmayan Əli Həmdan polis tərəfindən atəş açılaraq ayağından vurulub.
www.anews.az
























