Cənubi Koreyada tikinti binasında yanğın: 36 işçi yanaraq öldü

Cənubi Koreyanın Gyeonggi şəhərində tikinti binasında baş verən güclü yanğın zamanı 36 işçi həyatını itirib və 10 nəfər isə ağır yaralanıb.
Səlahiyyətlilər, işçilərin zirzəmidə işləyərkən asanlıqla alov yarada bilən kimyəvi maddə uretandan istifadə edərkən meydana gələn partlayışın yanğına səbəb ola biləcəyini qeyd ediblər.
Yanğında 36 işçinin öldüyü və 10 işçinin ağır yaralandığını bildirən yanğın səlahiyyətliləri, sürətlə yayılan alov səbəbindən işçilərin qaça bilmədikləri üçün yanaraq öldüklərini söyləyiblər.
www.anews.az
























