ABŞ-dan sevindirici xəbər: Koronavirusun dərmanı tapıldı

Amerika Qida və Dərman Administrasiyasının (FDA) dərman firması "Gilead Sciences” şirkətinə aid olan "Remdesivir” pereparatının üçüncü mərhələ test nəticələrinin müsbət olduğunu və dərmanı təsdiqləməyi planlaşdırdığını açıqlayıb.
Bu açıqlamadan sonra "Gilead Sciences” şirkətinin səhmləri birjada 9 faiz dəyər qazanıb. Xəbər, eyni zamanda ABŞ birjalarında ümumi yüksəlişə səbəb olub.
Qeyd edək ki, "Remdesivir” koronavirusun müalicəsində hələ ki, sınaq məqsədilə istifadə olunan dərmanlardan biridir.
www.anews.az
























