Kim Çen In haqqında yeni iddia ortaya çıxıb

Şimali Koreya lideri Kim Çen Inla bağlı müəmmaya hələ də aydınlıq gəlməyib.
Onun öldüyünü deyənlər çoxdur. Qonşu Cənubi Koreyada bu iddianı yaxına buraxmırlar. Əvəzində başqa versiyalar səslənir.
Bizimyol.info xəbər verir ki, Kim Çen Inla bağlı yeni iddia ortaya çıxıb. "Asia-Press” portalının yapon rəhbəri Yiro İşimaru Kim Çen Inın öldüyünüə inanmadığını söyləyib. Onun versiyasına görə, ya lider özü, ya da yaxınları koronavirusa yoluxub, buna görə də ortada görünmür.
İşimaru "Guardian”a müsahibəsində Kim Çen Inın özünü virusdan qoruduğunu bildirib. "Özünü hər şeydən təcrid etməsi mümkündür. Hamını aldada bilər”, - sayt rəhbəri söyləyib.
Kim Çen In aprelin 11-dən ictimaiyyət arasında görünmür. O, hətta aprelin 15-də babası Kim İr Senin ad günü tədbirlərinə də gəlməmişdi. Daha çox iki iddia üzərində dayanılır. Ya Kim Çen In həyatla vidalaşıb, ya da sağlamlığı ilə bağlı çox ciddi problemi var. Onun yeriyə bilmədiyini, bundan başqa, komada olduğunu iddia edənlər də tapılmışdı.
www.anews.az