Həbsxanada QORXUNC ÜSYAN - 46 məhbus güllələnərək öldürüldü

Cənubi Amerika ölkəsi Venesuelanın Quanare şəhərində yerləşən Llanos həbsxanasında üsyan olub.
Publika.az xəbər verir ki, məhbuslarla mühafizəçilər arasında insident yaşanıb.
RİA "Novosti" xəbər verir ki, hadisə nəticəsində 46 məhkum ölüb, onlarla yaralı var.
Venesuela həbsxanalarından məsul nazir İris Varela hadisə ilə bağlı açıqlamasında bir qrup məhkumun çölə çıxaraq təhlükəsizlik işçilərinə hücum etdiyi və həbsxananın müdirini yaraladığını bildirib. Onun sözlərinə görə, məhbuslar üsyanı qaçmaq üçün çıxarıb. Məhkumlar silahlı olub.
www.anews.az
























