İran sərhədlərini açır

Koronavirus pandemiyasına qarşı tətbiq edilən məhdudiyyətlər çərçivəsində bütün ölkələr kimi sərhədlərini bağlayan İran bu qaydanı yumşaltmağa başlayıb.
Anews.az xəbər verir ki, rəsmi Tehran İraqla ticarətin bərpası üçün Zurbatiyah sərhəd qapısını həftədə 2 dəfə ticarət keçidləri üçün açmaq haqqında qərar qəbul edib.
İraq Sərhəd Qapıları İdarəsinin rəhbəri Ömər əl-Vaili yazılı açıqlamasında bu gün 250 yük avtomobilinin keçidinə icazə veriləcəyini qeyd edib. Bu avtomobillər İraqa ərzaq və kənd təsərrüfatı məhsulları daşıyacaq.
Qeyd edək ki, İranla İraq arasında bütün sərhəd qapıları 8 mart tarixində bağlanmışdı.
www.anews.az
























