Hindistanda hərbi helikopter qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə aid helikopter ölkənin şimal-şərqində qəzaya uğrayıb.
"Report” "CNN Turk”ə istinadən xəbər verir ki, məlumatı Hindistanın Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, helikopterin göyərtəsində 6 nəfərlik uçuş heyəti olub.
Nazirlik insan itkisinin olmadığını bildirib. Hadisə yerinə iki xilasedici helikopter göndərilib. Xilasedicilər qəza baş verən yerə hələ çatmayıb. Hadisə ilə bağlı araşdırma başlayıb.
www.anews.az
























