İspaniyaya gedən bütün turistlər karantinə alınacaq

İspaniya hakimiyyəti koronavirus pandemiyası fonunda ölkəyə gələn bütün xarici vətəndaşlara yeni məhdudiyyətlər tətbiq edib.
"Qafqazinfo” "Reuters”ə istinadən xəbər verir ki, müvafiq qərar yerli hökumət tərəfindən verilib. Yeni qaydalara görə, mayın 15-dən 24-dək ölkə ərazisinə daxil olan bütün turistlər iki həftəlik karantinə alınacaq. Mağazaya və ya xəstəxanaya getmək istisna olmaqla, turistlərə 14 gün ərzində bir karantin məkanını tərk etmək qadağan olunacaq. Bundan əlavə, karantin zamanı hər hansı bir xəstəlik əlaməti müşahidə olunduqda həmin şəxslər səlahiyyətli tibb qurumlarına müraciət etmək öhdəliyi daşıyırlar.
Yeni qaydaların İspaniyada epidemiyanın ikinci dalğasını qarşısının alınması məqsədi daşıdığı bildirilib.
www.anews.az
























