ABŞ-la Rusiya arasında yeni gərginlik — Geri qaytaracaqlar

ABŞ koronavirusla mübarizə çərçivəsində Rusiyadan aldığı süni tənəffüs aparatlarını geri qaytarmaq qərarına gəlib.
"Ölkə.Az" DHA-ya istinadən xəbər verir ki, buna səbəb aparatlardakı texniki nasazlıq səbəbindən Rusiyada xəstəxanada yanğın çıxması göstərilib.
Federal Fövqəladə İdarəetmə Agentliyinin sözçüsü Canet Montesi Rusiyadakı yanğınlardan sonra aparatların təhlükəsizliyi məsələsində ehtiyat etdiklərini, bu səbəbdən də cihazları geri göndərəcəklərini açıqlayıb.
Rusiya tərəfi isə cihazların ABŞ-a göndərilmədən öncə ciddi yoxlanışdan keçirildiyini bildirib.
Qeyd edək ki, ötən həftə Sankt-Peterburq və Moskvadakı iki xəstəxanada süni tənəffüs cihazındakı texniki nasazlıq səbəbindən baş verən iki yanğında 6 xəstə ölüb.
www.anews.az