Əfqanıstanda doğum evinə silahlı hücum - 18 körpə anasız qaldı

Əfqanıstanın paytaxtı Kabil şəhərində polis forması geyinmiş şəxslər doğum evinə hücum ediblər.
Belə ki, amansız hücum zamanı bir ana övladını qorumaq üçün uşağın olduğu küvəzi qucaqladığı zaman öldürülüb. Körpə xəsarət almayıb.
Ölənlərin çoxu dünyaya yeni uşaq gətirmiş analardır. Həyatını itirənlər arasında hamilə qadınlar, iki körpə, tibb bacıları, doğuş həkimləri və polis əməkdaşları var.
Qeyd olunur ki, xəstəxananın yerləşdiyi məhəllədə şiə məzhəbli əhali yaşayır. Bəzi insan haqları təşkilatlarının müharibə səhvi adlandırdığı hücumu heç bir terror təşkilatı öz üzərinə götürməyib.
www.anews.az
























