Çində avtobus qəzası olub, 6 nəfər ölüb, 30 nəfər yaralanıb

Çində sürət yolunda avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 30 nəfər yaralanıb.
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Mərkəzi Televiziya kanalı bildirib.
Bildirilib ki, hadisə Sıçuan əyalətinin Yaan dairəsinin Şimyan qəsəbəsində, Pekin – Kunmin avtomobil yolunda baş verib.
Avtobus yolda quraşdırılan yolayrıcına çarpılıb. Avtomobildə 36 sərnişin olub. 30 yaralı isə xəstəxanaya yerləşdirilib
www.anews.az
























