COVID-19-u aşkarlamaq üçün itlər yetişdiriləcək

İngiltərədə itlərin qoxu alma hissindən yararlanaraq insanlarda COVID-19-un aşkarlanması planlaşdırılır.
Yeniavaz.com "CNN Türk"ə istinadən bildirir ki, London Gigiyena və Tropik Tibb Məktəbi, Durham Universiteti və Tibbi Diaqnostik Mərkəz tərəfindən aparılan araşdırmaya dövlət 500 min funt sterlinq (təx. 1 milyon manat) ayıracaq.
Tədqiqatda xərçəng, malyariya və parkinson kimi xəstəlikləri aşkara çıxaran itlər iştirak edəcək. İlkin mərhələdə bu xəstəliyə yoluxan və yoluxmayan insanlardan qoxu nümunələri götürüləcək. Sonrakı mərhələdə 6 it həmin nümunələrlə virusu təyin etmələri üçün təlim keçəcək. Tədqiqat müvəffəqiyyətlə başa çatarsa, o halda itlər virusla mübarizədə istifadə ediləcəklər.
www.anews.az
























