Məşhur şirkət müflisləşdi

Dünyanın ən böyük avtomobil icarəsi şirkətlərindən biri olan "Hertz” koronavirus pandemiyası ilə əlaqədar yaranan böhran səbəbindən özünü müflis elan edib., bu barədə "RİA Novosti" məlumat yayıb.
"Hertz Global Holdings və onun ABŞ və Kanadadakı bir sıra törəmə şirkətləri müflis olub. Buna səbəb gəlirlərin və sifarişlərin azalmasıdır", - deyə açıqlamada bildirilir.
Həmçinin şirkət bütün ofis və saytlarının hələlik müştərilərə xidmət göstərməkdə davam edəcəyini bildirib.
www.anews.az
























