• $
  • €
  • ₽
  • ₺
  • £

“iPad”a qarşı allergiya aşkar olunub

“iPad”a qarşı allergiya aşkar olunub
16.07.2014 11:15
ABŞ-da 11 yaşlı oğlan uşağında “iPad”a qarşı allergiya aşkar olunub.“ICTnews” xəbər xidmətinin “http://ria.ru” saytına istinadən verdiyi məlumata əsasən, pasient  müayinə olduqdan sonra onun bədənində səpkilər aşkar olunub və həkimlər belə rəyə gəliblər ki, bu allergiya “iPad”ın istehsalında istifadə olunan nikelə qarşıdır.Uşaq “iPad”dan 2010-cu ildən etibarən hər gün istifadə edib. Allergiyadan müalicə olunmaq üçün yeniyetmə steroid və antibiotiklər kursu qəbul etməlidir. Son araşdırmaların nəticələri göstərib ki, insanlarda istehsalında nikel istifadə olunan elektron qurğulara, o cümlədən mobil telefon, noutbuk, smartfonlara, allergik reaksiyalara daha tez-tez rast gəlinir. Hazırda ABŞ-da uşaqların 25%-də nikelə qarşı allergiya aşkar olunur, halbuki on il bundan öncə bu göstərici cəmi 17 faiz idi.  “iPad”ın bütün modellərində və “Apple” şirkətinin digər məhsullarında nikelin olması haqda dəqiq məlumat yoxdur, lakin həkimlər hər ehtimala qarşı belə hallarda üzlükdən və ya plyonkadan istifadə etməyi tövsiyə edirlər ki, dəri ilə elektron qurğunun təması aradan qaldırılsın.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol