Ukrayna çempionu intihar etdi

Bodibildinq üzrə Ukrayna çempionu Lyubomir Şkodzinski intihar edib.
"Report"un məlumatına görə, Şkodzinski 26 yaşında ikən özünü öldürüb. Sui-qəsdin idmançının şəxsi həyatındakı problemlərlə əlaqədar olduğu bildirilir.
Son zamanlar Şkodzinski Ternopol şəhərində bodibildinq və fitnes məşqçisi kimi çalışıb. İntihar hadisəsi də onun doğma şəhərində baş verib.
www.anews.az
























