Almaniyada daha 353 nəfərdə koronavirus aşkarlandı

Almaniyada son sutka ərzində daha 353 nəfərdə koronavirus aşkarlanıb, 62 pasiyent vəfat edib. "Qafqazinfo” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyi ilə bağlı statistikanı aparan Robert Kox Universiteti məlumat yayıb.
Daha çox yoluxma halı Bavariya (46 729), Şimali Reyn-Vestfaliya (37 698) və Baden-Vürtemberqdə (34 129) qeydə alınıb. Berlində 6 703 yoluxma halı aşkarlanıb.
www.anews.az
























