• $
  • €
  • ₽
  • ₺
  • £

Ən azı 1 nəfər göydən düşən “zibil”dən həlak olacaq

Ən azı 1 nəfər göydən düşən “zibil”dən həlak olacaq
16.07.2014 00:28
Avstraliyanın Maunt-Stromlo rəsədxanası yanında tədqiqat mərkəzinin mütəxəssisləri Yerdə insanın kosmik "zibil" parçasından ölmə ehtimalını hesablayıblar. Onları bu fikrə ötən həftə paytaxt Sidney şəhəri üzərindən uçan yanar kosmik "zibil" sövq edib. Aparılan hesablamalardan məlum olub ki, yaxın 50 ildə kosmik "zibil"in Yerə düşməsi nəticəsində bir nəfər həyatını itirəcək.Hazırda Yer planeti ətrafında təxminən 6500 ton müxtəlif obyekt uçur. Onların ¾ hissəsini kosmik "zibil" təşkil edir. Bu "zibil"in əksər hissəsinin tez və ya gec Yerə düşəcəyi ehtimal olunur. 2013-cü ildə 50 belə Yerə düşmə hadisəsi qeydə alınıb.Səma obyektləri ilə "yaxın görüş" nəticəsində həlak olmanın mümkünlüyü haqqında danışsaq, "NASA"-nın məlumatına görə, meteoritlə ölmə ehtimalının nisbəti 1:3200 təşkil edir.   Bu statistikanı nəzərə alaraq kosmik "zibil" Yerdən daha çox yaxın kosmos və orada olanlar üçün böyük təhlükə törədir. Məsələn, cari ilin fevralında Böyük Britaniyanın Lester Universitetinin fizik tələbələri hesablayıblar ki, "Envisat" peyki (2012-ci ildə onunla əlaqə itib) "zibil" ilə toqquşmada Kessler effektinə səbəb ola bilər - yaxın kosmosu elə vəziyyətə sala bilər ki, yerətrafı məkanda uçuşlar qeyri-mümkün olar.   Ehtimal olunur ki, "Envisat" peyki kosmosda hələ 150 il qalacaq. Peyk nəzəri baxımdan kosmik "zibil" və ya digər peyklə toqquşsa, zəncirvarı reaksiya baş verə bilər ki, bunun da nəticəsində Yer digər "zibil" və ya kosmik aparatlarla toqquşan və bununla daima artan sürətlə hərəkət edən "zibil" buludu ilə əhatə olunacaq.//İctnews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol